backend

Sumqayıt” – “Qəbələ” matçının sonlarında dava düşdü – VİDEO

Sumqayıt” – “Qəbələ” matçının sonlarında dava düşdü – VİDEO















Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçının son dəqiqələri çox gərgin keçib.

Oxu.Az xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçın 90+1-ci dəqiqəsində “Qəbələ”nin cərimə meydançasında iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. Baş hakim Orxan Məmmədov həmin epizodda nominal meydan sahiblərindən Qvanzav Məhəmmədovu, Şəhriyar Əliyevi, qonaqlardan isə Aqil Məmmədovlaİlqar Qurbanovu sarı vərəqə ilə cəzalandırıb.

Davanın yaranmasına səbəb olan qonaqların gənc mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə rəqibə əl ilə zərbə vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Lakin sonradan məlum olub ki, hakim əslində “Qəbələ”nin digər mərkəz müdafiəçisi, serbiyalı Voyislav Stankoviçi cəzalandırmaq istəyib