backend

Bərdə RİH-NİN başçısı VİDADİ İSAYEVİN ağır günləri başlayır

Bərdə RİH-NİN başçısı VİDADİ İSAYEVİN ağır günləri başlayır























Bir müddət əvvəl açıqlanan audit yoxlamalarının nəticələri kifayət qədər ilgincdir

Hesabatda olduqca mühüm məqamlar yer alıb. Bərdə rayon icra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfat" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edılıb. Belə ki, icra hakimiyyətindən abadlıq və yolların əsaslı təmiri işləri üzrə 16 halda büdcə vəsaitlərini müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan icraçı ilə birbaşa bağlanmış müqvilə əsasında xərc edilib, bir sıra hallarda məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə malların (iş və xidmətlərin) satın alınması ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilərək həyata keçirilib. Küçə işıqlarının sayğaclaşdırılmamsı nəticəsində büdcə vəsaitinin səmərəli və qənaətlə xərclənilməsi təmin edilməyib vergi oranın uçotda olmayan fiziki şəxsə güstərdiyi xidmətlərə (işlərə) görə ödənilmiş vəsaitdən gəlir vergisi tutulmayıb. Satınalma tədbiq edilmədən müxtəlif hüquqi şəxslərdən alınan material və inventarlar maddi məsul şəxsin hesabına mədaxil edilməyərək onların alınması üçün ödənilmiş vəsaitə görə yaranan depitor borcu uçotdan yayındırıb. Bir halda müqavilə şərtlərinə əməl edilməyərək icraçıya artıq büdcə vəsaiti ödənilib. Şəhər küçələrinin işıqlandırılması üzrə quraşdırılan işıq dirəyi və elektirik xətləri əsas vəsait kimi ucota alınmayıb. Mənzil fondunun zərərinin ödənilməsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması əsaslandırılmayıb maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlirlər azaldırılıb, xərclər araşdırılmayıb. Mənzil və xidmət haqları üzrə debitor borcun yiğılması istiqamətində zəruri tədbirlər həyata keçirilməyib. Məcburi dövlət Sosial siğorta haqqları üzrə hesaplamalarda səhvlərə yol verilib, materiallar nəğd qayda da alınıb tikinti materialları əsassiz silinərək uçotdan yayındırılıb. Mənzil fondunun əsaslı təmiri aparılan zaman söküntüdən əldə edilən yararlı tikinti materialları anbara mədaxil edilməyib. Kommunal Müəssisələri Kombinatından xərclərin tərkibi müəyyənləşdirilərkən mövcud normaların tələbləri gözlənilməyib. Əmək haqqı məbləğinin tərkibinə aparat işçilərının əmək haqqı üstəlik xərclər daxil edilib. Məişət istehsalat tullantılarının daşınması zərərsizləşdirilməsinə dair müqavilələrin bağlanılması və bağlanılmış müqavilələr üzrə vəsaitin tam yığılması təmin edilməyib. Satınalma metodu tətbiq edilmədən təhtəlhesab şəxs vasitəsilə mal-material qiymətləri və inventarlar alınaraq maddi məsul şəxsin hesabına mədaxil edilmədən və uçota alınmadan birtərəfli aktlarla silinib. Təhtəlhesab şəxsin öhdəsindən nəğd pul vəsaiti və yanacaq əsassız silinib. Əmlak və öhdəliklərin illik inventarziyası aparılmayıb, ehtiyyat hissələrinin silgisi aparılıb qüsur və quraşdırma aktları olmadan birtərəfli aktlarla aparılıb. Bəzi ehtiyyat hissələrinin uçotu aparılmayib Hesabat illəri üzrə dövlət büdcəsinə. DSMF-yə yaranan kreditor borclar artmada davam edib. Sadalanan bu faktlrın nəticəsində Vidadi İsayevin rəhbəri olduğu rayonun icra Hakimiyəti tərəfindən 2 milyon 833 min manat büdcə pulunun yoxa çıxdığı müəyyən edilib. Eyni zamanda aparılan abadlıq işləri zamanı malların alınmasında submüqavilələr üzrə naməlum şirkətlərə müqavilələrin hazırlanması və sair müthiş maliyyə pozuntularına yol verilib. Qeyd edek ki, bununla bağli daxil olan əlavə məlumatlar da növbəti sayımızda təqdim edəcəyik.

Azər