backend

Avropa ölkəsi Ermənistana döyüş təyyarələri satmaq istəyir

Avropa ölkəsi Ermənistana döyüş təyyarələri satmaq istəyir














Ermənistan İsveçdən JAS-39 döyüş təyyarələrini ala bilər.

Publika.az xəbər verir ki, “Reqnum” agentliyi İsveçin Cənubi Qafqaz ölkələrinə belə bir təklif verib.

“İsveç SAAB şirkətinin istehsal etdiyi JAS-39 döyüş təyyarələrini Ermənistanın Müdafiə Nazirliyinə təklif edib. Bu təklif ABŞ prezidentinin milli təhlkükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvan səfərindən dərhal sonra verilib”, – deyə agentlik yazıb.

Con Bolton İrəvanda olarkən Ermənistana Rusiya silahları əvəzinə ABŞ silahlarını almağı təklif etmişdi.

“Reqnum” yazır ki, İsveç Ermənistana 8 döyüş təyyarəsini almağı təklif edib. Təyyarələrin qiyməti 55-60 milyon avro dəyərindədir.

Nəşrin məlumatına görə, Ermənistana 8 qırıcı təyyarənin satışı təklif edilib. Təyyarələrin satış qiymətinin 55-60 milyon avro arasında olduğu bildirilir.