backend

“Əzrayıl”ın əlindən antikorrupsiya idarəsinə şikayət...

“Əzrayıl”ın əlindən antikorrupsiya idarəsinə şikayət...

















Zərdab rayon Çallı kənd sakinləri bələdiyyə sədri Əyyub Əzizovu Əzrayılla müqayisə edirlər...

Zərdab rayonu Çallı kəndindən redaksiyamıza aşağıdakı məzmunda şikayət məktubu daxil olub:
"Zərdab rayon Çallı kənd sakinlərinin bu günlərdə eşitdikləri xəbərdən sevinclərinin həddi- hüdudu yox idi. Buna səbəb bələdiyyə sədri Əyyub Əzizovun bələdiyyə sədrliyinə namizədliyinin geri göturməsi olub. Görünür, Əyyub Əzizov seçmək və seçilmək hüququnun azad və demokratik olacağını, bu bələdiyyə seçkisində məğlub olacağını anlayaraq öz namizədliyini geri götürüb, ya da ona Allah tərəfindən gələn bəlaların başlanğıcı kimi qəbul etmək olar. 2009-cu il bələdiyyə seçkisində o Çallı kəndi uzrə bələdiyyə sədri seçildi. O vaxtdan bu günə qədər o Callı kəndinin 30-dan çox sakinini aldadaraq sakinlərə bələdiyyə fondundan torpaq satılmasıyla əlaqədar pullarını mənimsəyərək ya torpaq sahəsi ayırmamış, ya da ayrılan torpaq sahələrinə saxta sənədlər vermişdir.
Ümumiyyətlə, Əyyub Əzizov kənd bələdiyyə sədri kimi öz öhdəsinə düşən vəzifəni yerinə yetirmək əvəzinə dələduzluqla var dövlət yığmağa başladı. Hələ buna qədər keçmişdə İcra Hakimiyyətinin muaivini işləməyindən istifadə edərək Callı kəndində kolxoz dağılan zaman fermalarından birini saxtakarlıqla ələ keçirmişdir. Bələdiyyə sədri seçiləndən bir müddət keçməmış özunə qırx min dollarlıq maşın alıb. Hansı pullarla aldığını da kənd sakinləri yaxşı bilir. Ola bilər ki, o, fermasının pulu ilə aldığını deyər. Ancaq belə bir sual meydana çıxir ki, 15 ildən çoxdur bu fermanın gəliri ilə bahalı maşın ala bilməyib, bələdiyyə sədri seçiləndən bir ilə bu maşını bir fermanın puluyla necə almaq olar?
Əlbəttə, dələduzluqla kənd sakinlərindən aldığı pullarla alınıb bu maşın. Hansı ki, bu pulları kənd sakinləri alın tərləriylə qazanıb kiçik bir torpaq sahəsi alıb orada özləri uçun ev tikmək ümidi ilə vermişdilər Əyyub Əzizova. Bu sakinlər sevinirdilər ki, heç olmasa ev tikmək üçün torpaq sahəsi var. Hissə-hissə ev tikmək arzusundaydılar. Amma Əyyub Əzizov onların arzularını urəklərində qoydu. İndi onlar fikirləşirlər ki, dələduz bələdiyyə sədri Əyyub Əzizovdan pulu necə alsınlar. Bu aldananların sırasında biz də varıq. Bizdən 2200 manat pul alaraq 240 manatlıq bank qəbzi verib. Bizim torpaq sahələrimiz qonşudur. Bu puldan 1200 manat Fərhad Məmmədovun həyətyanı sahəsi üçün, 1000 manat isə bizim torpaq sahəsinin arasında qalmış 1,5sot torpaq sahəsinə görə. Hansı ki, bu 1,5 sot torpağı da öz dayısı nəvəsinə verib. İndi də dəfələrə ona pulumuzun qaytarılmasını desək də deyir ki, yuxarılara vermişəm, gedin kimə deyirsiniz deyin, mən sizə pul qaytarmayacağam.
Biz bu haqda Zərdab rayonunda yaradılmış bələdiyyə sədrinin dələduzluğunu, korrupsiyasını və özbaşınalığını arasdıran komissiyaya, rayon prokuroruna, Baş Prokurorluq yaninda korrupsiyaya qarşı mubarizə idarəsinə, Bələdiyyələrlə iş mərkəzinə həm elektron, həm də poçt vasitəsilə rəsmi müraciət etmişik. Biz inanırıq ki, müraciət etdiyimiz aidiyyəti dövlət qurumları bizim müraciıtimizi qanun çərçivəsində düzgün qərəzsiz araşdıracaqlar və bizə dəymiş ziyan ödəniləcək, saxta sənədlərimiz qanuni sənədlərlərlə əvəzlənəcək, nəhayət, bələdiyyə sədri qanunla cəzasını alacaqdır.

Məmmədov Fərhad Ağarza oğlu telefon-055-607-40-19
Məhəmmədov Məhəmməd Məhəmməd oğlu telefon 050-637-69-57