backend

Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi – Yenilənib

Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi – Yenilənib

AXCP sədri Əli Kərimli ilə birlikdə saxlanılanlar bəziləri barəsində məhkəmə qərar çıxarıb.

Ramid Nağıyev, AXCP təşkilat şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə

Sərdar Qubadsoy, Xətai şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə

Fatimə Mövlamova, blogger – İXM 513.2 maddə- 500 manat cərimə

Nurlan Libre, Kanal13 internet televiziyasının əməkdaşı – İXM 513.2 maddə- 500 manat cərimə

Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb. Daha sonra Əli Kərimli də sərbəst buraxılıb.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilir.

Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinirlər.

***

AXCP sədri Əli Kərimli Səbail Rayon Məhkəməsinə gətirilib.

Avropa.info bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP fəalları məlumat paylaşıblar.

***

10:41

Sanksiyasız aksiya təşkil etdiklərinə görə saxlanan AXCP üzvləri bu gün məhkəməyə çıxarılacaq.

Avropa.info Musavat.com-a istinadən xəbər verir ki, noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısı yayılıb. Onlar aşağıdakılardır:

1. Əli Kərimli- AXCP sədri, barəsində İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb;

2. Ramid Nağıyev- 513.2, AXCP təşkilat şöbəsi;

3. Ruslan Əmirov-513.2, Əli Kərimlinin mühafizəçisi;

4. Tahir Həsənov- 513.2, Suraxanı şöbəsi.

5. Cavid İbrahimli- 513.2, Xətai şöbəsi;

6. Sərdar Qubadsoy-513.2, Xətai şöbəsi;

7. Ağababa Cəfərli-513.2, Masallı şöbəsi;

8.Əlixan Rəcəbov- 513.2, Masallı şöbəsi;

9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi;

10.Fatimə Mövlamova- 513.2;

11. Nurlan Libre – 513.2;

Avropa.info