İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı David De Xea komanda ilə yeni müqavilə imzalamaqdan imtina edib.
Qapıçının hazırki klubu ilə müqaviləsi 2019-cu ilin yayında biticək. İspan qolkiperin yanvardan digər klublarla danışıq aparmaq hüququ olacaq.
Qeyd edək ki, De Xea ilə PSJ-nin yaxından maraqlandığı bildirilib. Parislilərin 28 yaşlı qapıçıya həftəyə 300 min avro ödəməyə hazır olduğu iddia olunub.