backend

Deputatın həyat yoldaşının rəhbəri olduğu mərkəzin adı dəyişdirildi — FOTOLAR

Deputatın həyat yoldaşının rəhbəri olduğu mərkəzin adı dəyişdirildi — FOTOLAR













Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində idarə və şöbələrin adları dəyişdirilib.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, AMEA Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin adı dəyişdirilərək Elmi İrs Mərkəzi adlandırılıb. Qərara əsasən, mərkəzdəki işçilərin sayı da azaldılıb.

Digər qərarla AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin də adı dəyişdirilərək Mətbuat və informasiya idarəsi adlandırılıb. Həmçinin, İdarədə ixtisarlar olub.

Hazırda bu İdarənin rəisi Zülfüqar Fərzəliyevdir.

Qeyd edək ki, sözügedən mərkəzin direktoru Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin həyat yoldaşı, tarixçi alim Zemfira Hacıyevadır. O, həm də AMEA Ekspert Yoxlama Komissiyasına sədrlik edir.

Deputatın həyat yoldaşının rəhbəri olduğu mərkəzin adı dəyişdirildi — FOTOLAR