backend

KXCP reperessiyalara son qoyulmamasından narahatdı

KXCP reperessiyalara son qoyulmamasından narahatdı











Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib

KXCP-nin Mətbuar xidmətindən verilən xəbərə görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirmiş, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və cari məsələlər müzakirə edilmişdir.
Yığıncaqda bələdiyyə seçkiləri ilə bağlı məlumatlar dinlənilmişdir. Quba, Qaradağ, Gədəbəy, Mingəçevir, Sumqayıt və digər yerlərdə KXCP üzvlərinin və digər vətəndaşlara qarşı seçkilərlə bağlı yaradılan əngəllər, seçkidə iştirak etmək istəyənlərə müxtəlif təzyiqlərin göstərilməsi halları haqqında məlumatlar dinlənilmişdir. Namizədlik üçün müraciət edənlərə, onların ailə üzvlərinə, birbaşa seçki komissiyaları, icra hakimiyyətləri, polis və digər dövlət orqanları tərəfindən təzyiqlər edilir, qorxudulur və müxtəlif vasitələrlə naqmizədliklərini geri götürmələri, heç olmazsa seçki sənədlərində partiyalıqlarını göstərməmələri kimi müxtəlif qeyri-qanuni tələblər edilir.
DSK-lar hakimiyyətin nəzarətindən kənar namizədliyini vermək istəyən vətəndaşları birbaşa icra hakimiyyətinə yönəldərək “onlardan icazə almağın” vacibliyini göstərirlər. Polis idarələri və dövlətin digər orqanları bələdiyyə seçkilərində iştirak etmək istəyənləri nəzarətə götürür, izləyir, mənzillərinə gedir və müxtəlif üsullarla təzyiqlər göstərirlər. Baş verənlər göstərir ki, hakimiyyət “demokratik seçki” görsəntisi yaradaraq Azərbaycan cəmiyyətini və beynəlxalq aləmi aldatmaq məqsədi güdür.
KXCP rayon (şəhər) şöbələrinə seçkidə baş verən bütün qanun pozuntularının, seçkidə iştirak etmək istəyənlərə edilən təzyiqlər, əngəllərlə bağlı faktların toplanaraq SM-nə uyğun seçki komissiyalarına, əlaqədar orqanlara müraciət edilməsini tövsiyə etmişdir. KXCP rayon (şəhər) şöbələrinə namizədlər qeydə alınması ilə bağlı son mərhələdəki məlumatların tezliklə partiyanın Mərkəzi Seçki Qərargahına çatdırılması və seçkilərin digər mərhələləri üzrə hazırlıq işlərinin dahada intensivləşdirilməsi tövsiyə olunmuşdur.
KXCP vətəndaş cəmiyyətinə qarşı aparılan repressiyalara son qoyulmadığını, əksinə, daha da, artırdığını, hakmiyyət orqanlarının bu sahədə nəinki hüquqi, hətta mili-mənəvi dəyərləri gözləmədiyindən narahatlığını bildirir.
KXCP sədrinin müavini Oqtay Gülalıyevin azyaşlı övladlarının Bakı şəhər Polis İdarəsinə çağırılması və uşaqların təhsil aldığı məktəbdə xüsusi yoxlamalar keçirilməsindən narahatlığını bildirən KXCP bəyanat qəbul etmişdir.
Aylarla həbsdə saxlanılan jurnalist Rauf Mirqədirov və digər vicdan məhbusları haqqında həbs qəti imkan tədbirlərinin uzadılması faktını hakimiyyətin müxtəlif fikirliliyə, müxalif dünya görüşə, ifadə azadlığına, hüquq müdafiəçilərinə qarşı apardığı repressiya kimi qiymətləndirir və bunlara son qoymağı tələb edir.
KXCP İdarə Heyəti Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq tədbirdə İntiqam Əliyev və digər vicdan məhbuslarla bağlı posterlərin hakimiyyət yönümlü qeyri-hökumət təşkilatı rəhbəri tərəfindən cırılmasını pisləyir və bu hadisənin heçdə Azərbaycan başucalığı gətirmədiyini qeyd edir.