backend

Qobustanda əhali icra başçısına hücum çəkdi

Qobustanda əhali icra başçısına hücum çəkdi
















Ehtiraza qalxmış camaat yeni aksiyaya hazırlaşır

Qobustanda əhali üzün illərdir içməli su problemindən əziyyət çəkir. Bununla əlaqdəra rayon camaatı dəfələrlə icra başçısı Adil Məmmədovun qəbulunda olub. Lakin hər dəfəsində onlara vəd verilib və yola salınıblar. Sonuncu dəfə isə icra başçısı etiraz edən Qobustan camaatının qarşısına çıxmalı olub. Lakin bu dəfə onu sürpriz gözləyirmiş. Məlumatda və göndərilən videodan belə aydın olur ki, su probleminin həllini istəyən və bunun üçün etiraza qalxmış camaat rayonun icra başçısına hücum ediblər. Araya ağsaqqallar və İcra Hakimiyyətinin işçiləri girməsi səbəbindən icra başçısına xətər toxunmayıb.
Daxil olan son məlumata görə, hazırda əhali yeni aksiyaya hazırlaşır. Onlara vəd vermiş Adil Məmmədovun oturduğu iqamətgahın qarşısına toplaşmağı qərarlaşdırmış Qobustan əhalisi bu dəfə güzəştə getmək fikrində deyil. Onlar problemin həll olunmasına qədər aksiyaları davam etdirəcəklərini deyirlər.

Qobustanda əhali icra başçısına hücum çəkdi

Qobustanda əhali icra başçısına hücum çəkdi