backend

"Aztelekom" şefinin kabel əməliyyatı...

"Aztelekom" şefinin  kabel əməliyyatı...












Azərbaycanın iri kənd rayonlarından birindən redaksiyamıza olduqca ilginc bir informasiya daxil olub

Məlumata əsasən ölkə ərazisində genişzolaqlı internet şəbəkəsinə keçidlə bağlı bütün telefon ötürücü naqilləri dəyişdirilir. Təmir işləri zamanı «Aztelekom»un balansında olan bütün ATS-lərdə tonlarla mis naqillər yığılır. Məlumat daxil olan rayonun rabitə mütəxəssisi deyir ki, miss naqillər sovetlər dövründə çəkilmiş telefon xətləri üçün istifadə edilib. Lakin yenilənən mis naqillərin «Aztelekom» rəhbərliyindən başqa heç kimin toxunmasına icazə verilmir. Məlumat verən mənbə iddia edir ki, bir neçə aydır total şəkildə rayonlarda misdən olan telefon naqilləri sökülür. Əvəzində isə dəmir qarışıqlı, aliminumdan istifadə olunur. Köhnə miss naqillər isə heç bir sənədləşmə aparılmadan toplanır və «Aztelekom»dan göndərilən işçilər gəlib həmin naqilləri aparırlar.

Maraqlıdır ki, naqillərin yenilənməsi işinə rayonların mərkəzi ATS-lərinin rəbhərliyi belə müdaxilə edə bilmir. Məlumatlara görə, miss naqillərin satışına birbaşa olaraq «Aztelekom» rəhbəri Məhəmməd Məhəmmədov nəzarət edir. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.