backend

Sərdar Cəlaloğlu da fahişəliyin leqallaşmasını dəstəklədi

Sərdar Cəlaloğlu da fahişəliyin leqallaşmasını dəstəklədi














“Azərbaycan cəmiyyəti fahişəliyin leqallaşdırılmasına hazır deyil. Qanunla icazə verilsə, Azərbaycanın hər yerində fahişəxanalar açılacaq. Bunuda çox açır sosial problemləri olacaq. Bununla belə, müəyyən yerlərdə insanların intim münasibətlərinə icazə vermək olar”

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Milli Məclisdə fahişəliyin leqallaşdırılması ilə bağlı səslənən təklifə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, fahişəliyin qarşısını heç bir cəmiyyət ala bilməyib:

“Bu gün qardaş Türkiyənin iri şəhərlərində fahişəxanalar fəaliyyət göstərir. Avropada fahişəxanalar var, leqal fəaliyyətədirlər. Azərbaycanda da barlarda, saunalarda, kafelərdə bu kimi hallar var. Qanunvericilik də cəmiyyətdə bu kimi halları tənzimləməlidir. İstəsək də, istəməsək də fahişəlik cəmiyyətimizdə var. Çox yerlərdə əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Bunun tənzimlənməsi üçün barlarda, saunalarda buna icazə vermək mümkündür. Yəni bu məsələdə söhbət fahişəliyə qanuni lisenziya verilməsindən deyil, müəyyən yerlərdə buna icazə verilməsindən getməlidir. Buna icazə verildiyi halda, fahişəliklə bağlı mövcüd olan sosoil, tibbi problemlər də həllini tapa bilər”.