backend

Prezident İlham Əliyev Xəzər Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Xəzər Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Xəzər Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bakunews.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.