backend

“AZƏRBAYCAN BU GÖSTƏRİCİ ÜZRƏ AVROPADA SONUNCUDUR” – Ekspert açıqladı

“AZƏRBAYCAN BU GÖSTƏRİCİ ÜZRƏ AVROPADA SONUNCUDUR” – Ekspert açıqladı

“Avropa və bəzi MDB ölkələrində orta aylıq nominal əmək haqqı siyahısında Azərbaycan sonuncu sıradadır”. AzPolitika. info-nun məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu öz “Facebook” səhifəsindən paylaşdığı yazıda bildirib.

Onun yzdığına görə, 2017 və 2018-ci ilin məlumat bazasında hazırlanmış cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycan nəinki post-sosialist, hətta Avropa coğrafiyasında yerləşən keçmiş sovet respublikaları arasında orta aylıq nominal əmək haqqı göstəricisinə görə ən sonda qərarlaşıb: “Azərbaycanda işləyənlərin orta aylıq nominal əmək haqqı 281 avro təşkil edir ki, bu da enerji resursları ilə zəngin olan ölkələrdən- Danimarkadan 18,5, Norveçdən 16,5, Hollandiyadan 10, Rusiyada 1.85, Qazaxıstanda isə 1,5 dəfə aşağıdır. Hesablamalar göstərir ki, Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu mək haqqına yönəldiyi halda, Azərbaycanda müvafiq göstərici ÜDM-in 20 faizindən də azdır.

Təəssüf hiss ilə onu da qeyd etməliyik ki, Azərbaycan bu göstəriciyə görə nəinki neft-qaz resursları ilə zəngin olan ölkələrdən, hətta Ermənistan və Gürcüstan kimi heç bir təbii resursa malik olmayan kasıb ölkələrdən geri qalır. Belə ki, Azərbaycanda orta aylıq əmək haqqı Ermənistanda 1,45, Gürcüstandan isə 1,3 dəfə azdır.
Daha təsfilatlı məlumatları şəkil bölməsində təqdim olunmuş cədvəldən əldə edə bilərsiniz”.