backend

Abşeronda 45 yaşlı qadın evində qətlə yetirildi

Abşeronda 45 yaşlı qadın evində qətlə yetirildi

Abşeron rayonunda qadın evində qətlə yetirilib.
Hadisə rayonun Hökməli qəsəbəsi, Təzəkənd kəndi ərazisində baş verib.

Həmin kənddə yaşayan, 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzəkişi qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən tapılıb.

Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb./Trend/