backend

“Siyasi partiyaların maliyyələşmə prinsipi ədalətli deyil”

“Siyasi partiyaların maliyyələşmə prinsipi ədalətli deyil”
















Billur Hümbətov: “Məgər təbii sərvətlər təkcə iqtidara məxsusdur?”

VİP sədrinin müavini Billur Hümbətov facebook səhifəsində siyasi partiyaların maliyyələşmə prinsipinə etirazını bildirib.

“Bir məsələyə toxunmaq istərdim. Qəbul olunmuş büdcədə siyasi partiyalara da 2,5 milyon manat pul ayrılıb. Bunun 250 min manatı cari ildə həmin məqsəd üçün ayrılmış, lakin istifadə olunmamış vəsaitdir. Ayrılmış pul parlamentdə təmsil olunan 10 partiya arasında bölünür.
Ölkədə dövlət qeydiyyatından keçmiş 60-a yaxın partıya mövcuddur. Onların təxminən yarisinın fəaliyyəti nəzərə carpmır,qalan 30-a yaxın partiya az-çox fəaliyyət göstərir. Ayrılan vəsaitin yalnız parlamentdə təmsil olunan partiyalar arasından bölünməsini çox ədalətsiz hesab edirəm.
Necə ola bilər ki, seçkidə iştirak edıb 20-30 dairədə namizədi qeydə alınmış, lakin parlamentə düşə bilməyən partiya maliyyələşmədən kənar saxlanılır, amma 2-3 namizədlə iştirak edib və bir deputatla təmsil olunan partiyalar maliyyələşdirilir. Bir daha deyirəm, bu, ədalətli münasibət deyil.
Bu gün müxalifətyönlü partiyalardan bir qismini bəzi məmurların "görum-baxımları" istisna olmaqla, qalanlarının maddi durumu çox acınacaqlıdır, hətta adi kommunal xərclərinin ödənilməsində çətinlikləri var. Sanki hakimiyyət bu təşkilatların sıradan çıxmasında maraqlıdır. Məgər büdcənin formalaşmasında əsas amil olan təbii sərvətlər təkcə iqtidara məxsusdur? Azəribaycan vətəndaşlarından formalaşmış və qanuni fəaliyyət göstərən müxalifət partiyalarının o sərvətlərə sahiblənmək haqqı yoxdur?
Mənim şəxsi, ola bilsin sübyektiv fikrim odur ki, məbləğ cox az olmasına baxmayaraq, yarısı dövlət qeydiyyatından keçmiş və son parlament seçkisində mövcud dairələrin 5%-dən artıq hissəsində namizədləri qeydə alınmış bütün partıyalar arasında bərabər bölünməlidir. Digər yarısı isə mövcud üstünlüklərə görə bölünə bilər. Bu, daha ədalətli olar. Nə isə.
Büdcənin qəbulu ərəfəsində dövlət başçısı Dini Qurumlarla iş üzrə Dövlət komitəsinə 2,5 milyon manat pul ayırdı. Müşahidələr göstərir ki, son illər hakimiyyət siyasi təşkilatları nə qədər zəiflətməyə calışırsa, dini cərəyanlar bir o qədər güclənir. Allah bizi din pərdəsi altında gizlənən dinsiz, imansız insanlardan qorusun.”