backend

Şikayətci: "RESPUBLİKA MİQ-də QANUNSUZLUGUN HƏDDİ-HÜDUDU YOXDUR..." - Fotolar

Şikayətci: "RESPUBLİKA MİQ-də QANUNSUZLUGUN HƏDDİ-HÜDUDU YOXDUR..." - Fotolar

RESPUBLİKA MİQ-də QANUNSUZLUGUN HƏDDİ-HÜDUDU YOXDUR...

Bu barədə Agsu rayon sakini, Qarabag və Əfqanstan müharibələri veteranı Əsədov Qabil Əsəd oglu şikayət edib. Vətəndaş respublika MİQ-də baş verən qanunsuzluqlardan bəhs edir.
Şikayətci yazır: "Hörmətli redaksiya, övladım Abdulxalıqova Güllü Qabil qızı, ailəlidir 2 övladı var. 2010-2017-ci illərdə uşaq-bədii yaradıcılıq mərkəzində, 2013-2018-ci illərdə uşaq bağçasında tərbiyəçi vəzifəsində işləmişdir.
ATU-nin və MƏDƏD kurslarının təşkil etdiyi kurikulum kurslarında iştirak edib birinci dərəcəli sertifikatı almışdır. 4-il MİQ-də iştirak edib, 40-43 bal toplamışdır. 2018-ci il MİQ-də yenidən iştirak etmişdir 45-18 bal toplamışdır. Bütün turlarda (5 tur) iştirak etmiş, Rəhimağalı ibtidai məktəb və Qarabağlı kənd məktəbini seçim etmişdir. Lakin yer veriməyiblər. Qeyd edim ki, Rəhimağalı kənd ibtidai məktəbinə yerləşən olmamış, oktyabr ayında bir vətəndaş ikinci iş yeri kimi göstərilmişdir. Övladımın şəxsi səhifəsində düşdüyü yerdən imtina etdiyi yazılmışdır. Onu da eyd edim ki, övladım heç bir yerdən imtina etməmişdir. 2017-2018-ci tədris ilində Rəhimli və Padar kənd məktəblərində müddətli müqavilə əsasında işləmişdir.
2018-ci il oktyabr ayının 5-də mənə insan resusları şöbəsindən zəng edib övladımı 1-saylı şəhər məktəbinə mart ayında müsabiqəyə çağırmaq şərti ilə (yəni işini dayimiləşdirmək üçün ) müddətli müqavilə ilə müəllimə təyin etmişlər. Oktyabr ayının son günlərində övladımın şəxsi səifəsinə sentyabr ayının 29-na məlumat göndərilmişdir ki, guya övladım sentyabr ayında iştirak etdiyi turda seçdiyi yeri tutmuş və müsabiqədəndə keçmiş lakin işləməkdən imtina etmişdir. Hansı ki, avqust, sentyabr aylarında dəfələrlə Təhsil nazirliyinə və yerli təhsil şöbəsinə övladımın yer tutduğu barədə məlumat versəkdə övladıma göndəriş verilməmişdir.
Dekabr ayında rayon ürə AMİM-in təşkilatçılığı ilə təşkil edilən kursda iştirak edib və uğurla başa vurmuşdur."
Qaynarxett.az