backend

Bərdədə bələdiyyə sədri kabab kefində, Qarabağ əlili isə süründürülür - Foto/Fakt -

Bərdədə bələdiyyə sədri kabab kefində, Qarabağ əlili isə süründürülür - Foto/Fakt -

“Dörd aydan çoxdur müraciətimə baxılmır. Dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət etmişəm.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam, 2-ci qrup Qarabağ Müharibə əliliyəm. Ailəliyəm 3 uşağım var.

lakin Bərdənin Çələbilər kənd bələdiyyəsinin rəhbərliyi mənim dəfələrlə yazılı və şifahi edilən müraciətimə baxmır, məcbur qalıb yenə Sizə müraciət edirəm”.

Bərdənin Çələbilər kəndində yaşayan 2-ci qrup Qarabağ əlili, çavuş Əsədov Elman Yunis oğlu tərəfindən Cahan.info-ya göndərilən şikayət məktubunda belə qeyd olunub.

Prezidentə, I vitse-prezidentə, dövlət orqanlarına müraciət edən Qarabağ əlili yazır ki, 10 hektar əkin sahəsinə yararlı sahədən torpaq verilsin, ailəsini dolandırsın:

“Ancaq o, kənd torpaqların mənə deyil, digər kənd sakinlərinin, müharibə görməyən, hərbi xidmətdə olmayan sakinlərinə paylayır. Mən isə bu barədə Bərdə rayon İcra Hakimiyyətinə və Çələbilər kənd bələdiyyəsinə müraciət etdim.

Cavabında isə mənə Bərdə rayon İcra Hakimiyyəti bildirdi ki, bələdiyyəyə müraciət et, bələdiyyə isə bildirir ki, mənə belə bir məktub daxil olmayıb, daxil olsa müraciətinə baxılacaq. Belə yollarla mənə qarşı yenə də süründürməçilik edilməkdədir”.

Qarabağ əlili bildirib ki, digər kəndən olan vətəndaşlara bizim kəndin ərazisində hektarlarla ərazilər verirlər: “Lakin mən Qarabağ əlilini süründürməklə məşğuldurlar.

Müharibədə belə iştirak etməyən, heç bir imtiyazı olmayan şəxslər (Nicat adlı şəxs Otuzikilər kəndindən və Cəmil adlı şəxs isə Bayramlı kəndindən olmaqla) hegemonluq edərək, kəndin torpaq sahələrini qanunsuz zəbt ediblər.

“Bu səbəbdən Qarabağ əlilinə öz doğma kəndində istifadə edilməsi üçün torpaq sahəsi tapılmır. Dəfələrlə Çələbilər bələdiyyəsinin binasına müraciətə getmişəm, iş yerində bələdiyyə sədrin tapa bilmirəm.

Bir neçə aydır hər gün mən müharibə əlili idarəyə getsəm də, bələdiyyə sədri iş yerində olmur, zəng edirəm ki, sənlə görüşmək istəyirəm, müraciətim var, mənə cavabında bildirir ki, sən mənim nəyimsən ki, mən sənlə görüşüm, sənə kömək edim.

Bu məmur bilmir ki, vəzifəyə mənim kimi müharibə əlilinin hesabına gəlib çıxıb. İş yerində tapılmırlar. O bilmir ki, müharibə başlayanda qaçıb Rusiyaya gedib, indi gəlib müharibə əlilinə qarşı mübarizə aparır”,-deyə E.Əsədov prezidenət yazıb.

Cahan.info xəbər verir ki, iş yerində tapılmayan bələdiyyə sədrinin sosial şəbəkələrdə manqal önündə fotosu yayılıb. Çələbilər bələdiyyə sədri kabab çəkir, kef edir, amma vətən üçün sağlamlığını itirən Qarabağ fədaisinə torpaq vermir ki, dolansın.

Feysbukda Çələbilər bələdiyyəsinin inzibati binasının şəkli də paylaşılıb. Binadan görünür ki, qəzalı, bərbad vəziyyətdədir, sanki heç bir fəaliyyət yoxdur. Bələdiyyə sədri isə kabab çəkməyində, yeyib-içməyindədir.

E.Əsədov bildirib ki, Bərdə rayon bələdiyələrə nəzarət zona üzrə idarəsi tərəfindən araşdırma aparılıb. Məlum olub ki, 7 hektar torpaq sahəsi qanunsuz olaraq Bayramlı kəndindən olan Mikayılov Qabil İdris oğluna verilib.

Araşdırma nəticəsində aydınlaşıb ki, həmin 7 hektar torpaq sahəsi qanunsuz verildiyi üçün geri alınaraq bələdiyyənin hesabına keçirilsin, yenidən hərac yolu ilə 5 ildən çox Çələbilər kəndində qeydiyyatda olan şəxsə verilsin.

Qarabağ qazisi qeyd edir ki, bu kənddə anadan olub: “Vətənim Azərbaycan uğrunda gedən döyüşlərdə yaralanaraq 2-ci qrup müharibə əlili olmuşam, bələdiyə isə saxtakarlıqla məşğul olmaqla bu torpaq sahəsinin mənə verilməsinə maneçilik törədir.

Mənə qarşı düşmənçilik mövqeyi tuturlar. Cənab prezident və Mehriban xanım, sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz.

Qarabağ müharibə əlili olmağımı, ailəm böyük, yaşayış tərzim isə çətin olduğunu nəzərə alaraq hərrac yolu ilə Bərdə rayon Çələbilər kənd ərazisində yerləşən kənd təsərrüfat təyinatlı 7 hektar torpaq sahəsinin verilməsinə köməkdarlıq edəsiniz”.