backend

SABİRABADLI DEPUTAT ELÇİN QULİYEVİN KÜÇƏSİ YOXSA ZİBİLXANA?

SABİRABADLI DEPUTAT ELÇİN QULİYEVİN KÜÇƏSİ YOXSA ZİBİLXANA?

Sabirabad şəhərində C. Məmmədquluzadə və H.Z.Tağıyev küçələrinin arasında yerləşən transformator ətrafında tullantılar toplanıb. İstənilən bir qığılcımla orada böyük yanğın və qarşısı alınmaz fəlakət baş verə bilər. Qeyd edək ki, H.Z. Tağıyev küçəsində Sabirabadın deputatı Elçin Quliyev də yaşayır. Onun niyə bu mənzərə diqqətini çəkməyib sualı cavabsızdır. Aidiyyatı qurumların mövqeyini işıqlandırmağa hazırıq.