backend

Kürdəmir Yol İstismarı MMC-nin direktoru İlham Əzizli barədə İLGİNC daktlar

Kürdəmir Yol İstismarı MMC-nin direktoru İlham Əzizli barədə İLGİNC daktlar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov mediaya verdiyi açıqlamasında respublika yol tikintisi sahəsində görülən işlərdən danışdıqdan sonra ünvansız şəkildə kimləri isə ittiham edib: "Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”.

Saleh Məmmədovun bu ünvansız, ancaq ittihamlarla dolu açıqlamasının kimlərə yönəldiyini tam dəqiq bilməsək də, hər halda təxmin edə bilərik. Fikirimizcə, bölgələrdə dəaliyyət göstərən yol istismar idarələrinin yarıtmaz fəaliyyəti agentlik sədrini narahat etməyə bilməz. İsmayıllı, Ucar, Kürdəmir rayonunda fəaliyyət göstərən Yol İstismarı müəssisələrinin yarıtmaz işi göz önündədir. Redaksiyamıza daxil olan məlumatda 21 saylı Yol İstismarı MMC-nin direktoru İlham Əzizli barədə ilginc faktlar daxil olmuşdur. Hazırda həmin faktları əməkdaşımız tərəfindən dəqiq araşdırılır.
Növbəti araşdırmamızda bu faktlara aydınlıq gətirməyə çalışacağıq. Ümid edirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da cəmiyyəti narahat edən suallara aydınlıq gətirilməsində maraqlı olacaq. Bizi izləyin.


Qaynarxett.az