backend

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - FOTO



Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası məlum olub.

Qaynarxett.az "Koronainfo.az" istinadən xəbər verir ki, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).

Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

Eyni zamanda infeksiya daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.



Onu da qeyd esək ki, nfeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.

Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.

Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 11 koronavirusa yoluxma halı qeydə alınıb.


Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.


Qaynarxett.az