backend

Polis Ağsuda aztəminatlı ailələrə yardım edib – VİDEO



Aztəminatlı ailələr ziyarət olunub, onlara köməklik göstərilib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarına uyğun olaraq evdən çıxa bilməyən tənha yaşayan yaşlı insanlara, xəstəlikdən əziyyət çəkən sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeberci.info-ya verilən məlumata görə, 65 yaşdan yuxarı şəxslərin evdən çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Həmçinin aztəminatlı ailələr də polislər tərəfindən ziyarət olunub, onlara köməklik göstərilib. Onlara göstərdikləri diqqət və qayğıya görə, sakinlər də Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.





Qaynarxett.az