backend

AGSU. Rayonda koronavirusa qarşı görülmüş tədbirlər yüksək qiymətləndirilir



Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Yaradılmış mobil qruplar Ağsu şəhərində, eləcə də kəndlərdə sakinlərlə profilaktik söhbətlər edir, onlara xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq olunur.
Rayon ərazisində infeksiyanın yayılmasının qarşının alınması məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən Ağsu şəhərinin küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır. Dezinfeksiya tədbirləri kənd yaşayış məntəqələrində də davam etdirilir.
Həmçinin, evdən çıxmaları mədudlaşdırılmış tənha, yaşlı, maddi imkansız rayon sakinlərinə ərzaq yardımları verilir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanlar ünvanlarında çatdırılır. Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya kartları “Kapitalbank”a getmədən “Azərpoçt” Ağsu rayon filialının əməkdaşları tərəfindən ünvanlarında təqdim edilir.

Xüsusi karantin rejimi şəraitində vətəndaşların zərurət olmadıqda evdən çıxmaları qadağan edilib. Əlbəttə, insanlar istər-istəməz xəstəxanalara, banklara, ərzaq mağazalarına getmək məcburiyyətindədirlər. Belə bir şəraitdə onların evdən çıxışlarını məhdudlaşdırmaq istiqamətində müvafiq tədbirlər görülməlidir.
Bununla əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan tənha, ahıl və xəstəliyi olan insanlara evlərində bir sıra xidmətlər göstərilir. Belə ki, modul qruplar, mərkəzi xəstəxananın həkimləri, yerli icra nümayəndələri və könüllülər onları müvafiq olaraq zəruri ərzaq məhsulları ilə təmin edir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanları ünvanlarında çatdırır, arzu və istəklərini yerinə yetirirlər.
Eyni zamanda rayonun kənd yaşayış məntəqələri sakinlərinin bank filialına getmələrinin azaldılması məqsədilə kənd təsərrüfatı ilə bağlı subsidiya kartları yerli poçt şöbələrinin əməkdaşları vasitəsilə onların evlərinə göndərilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülmüş bu tədbirlərlə yanaşı Ağsu rayonu ərazisində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.
İnfeksiya ilə mübarizə tədbirlərinə dəstək məqsədilə “Ağsu” İdman Kompleksi tərəfindən keçirilən "Siz evdə qalin biz sizə gələcəyik" xeyriyyə aksiyası çərçivəsində Ağsu rayonunda idmanın müxtəlif növləri ilə məşğul olan idmançılara və onların ailə üzvlərinə ünvanlarında pulsuz tibbi spirt, əlcək və maska paylanılmasına başlanılıb. Bu xeyriyyə aksiyasının ümumilikdə 540 ailəni əhatə etməsi nəzərdə tutulub

Bütün ölkə xəstəxanalarında olduğu kimi, Ağsu Rayon Mərkəzi Xəstəxanasında da korona virusuna görə, xəstəxana heyəti tam olaraq (rəhbərlik daxil olmaqla) gücləndirilmiş iş rejminə keçirilib. Bayram tətili ləğv edilib. Angina, qızdırma, öskürək və qrip virusu xəstəlikləri korona virusuna yoluxma riskinə şübhə yaratdığı üçün karantin məqsədi ilə tibbi personal tam gücü ilə fasiləsiz işləyir.

Ağsu Rayon Mərkəzi Xəstəxanası 195 çarpayıdan ibarətdir və burada 7 şöbə, həmçinin mamaginekoloji, terapiya, infeksion və poliklinika şöbələri fəaliyyət göstərir. İmkansız xəstələr qanunla nəzərdə tutulmuş şəkildə pulsus dərmanlarlada təmin olunur. Hazırda rayonda 15 həkim məntəqəsi və 19 tibb məntəqəsi də əhaliyə tibbi xidmət verməkdədir.

Ölkə rəhbərliyi tərəfindən səhiyyə sektorunun koronavirusa qarşı tədbirlərin inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirir. Bu məqsədlə büdcədən milyonlarla manat vəsait ayrılıb. Rayonda Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov zəhmətkeşlik, savad və fədakarlıq nəticəsində, rayonda normal səhiyyə mühiti formalaşıb. Təbii ki, səhiyyəmizin belə inkişafında nazir Oqtay Şirəliyevlə bərabər, ayrı-ayrı səhiyyə ocaqlarının rəhbər şəxslərinin də əziyyəti az deyil. Məhz belə şəxslərdən olan Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın rayon təşkilatının sədri Əli Hüseynov əhalinin rəğbəyini qazana bilmişdir. Insanlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına daxil olan zaman əlləri spirtlənir və gələn xəstələrə dövlətin xəstəxanalara ayırdığı bütün tibbi ləvazimatlardan yararlanırlar.

Qaynarxett.az