backend

Virusun ikinci dalğası başladı: 10 milyonluq şəhər mühasirəyə alındı



Çində koronavirusun yeni dalğası baş verib. Çin hökuməti ölkənin şimal-şərqində 100 milyondan çox insana təhlükə törədə biləcək virusun yaylıla bilməsi səbəbindən ciddi karantin tətbiq etmək məcburiyyətində qalıblar.

“Bloomberg”in məlumatına görə, indiyə qədər bölgədə yalnız 34 yeni infeksiya qeydə alınıb. Lakin Çizilin əyalətində artıq məktəblər və nəqliyyat tam bağlanıb. Agentlik qeyd edir ki, bu, Çin hakimiyyətinin koronavirusun mümkün ikinci dalğasında qorxduğunu göstərir.

Təcili hazırlıqlara səbəb odur ki, koronovirusun ikinci dalğasının daha ağır ola bilər. Çin hakimiyyəti Şulan şəhərini tam mühasirəyə alıb. Vilayətə təcili hökumət komissiyası göndərilib.

Daha bir əyalət Lyaonin də karantin rejimi tətbiq edilib ki, bununla da təcrid edilənlərin ümumi say 108 milyona çatıb. Çölə çıxmaq yasağı tətbiq edilmiş şəhərlərdə insanlara yemək almaq üçün iki gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir