backend

BAKIDAN ÇIXIŞDA TIXAC YARANIB - Rayonlara gedənlər geri qaytarılır





Hazırda Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb. Bu gecə saat 12-dən tətbiq ediləcək sərt karantin rejimində evdə qalmaq istəməyənlər rayonlara üz tutub.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Azərbaycanda iyulun 1-dək karantin rejimi uzadılıb: "Hazırkı qərara görə, bu müddətədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin təxirəsalınmaz hallardan başqa, şəhər ərazisini tərk etmək qadağandır:
Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunun sakinləri ikigünlük karantin dövründə istirahət üçün rayonlara üz tutub. Buna görə də Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Ələt-Astara istiqamətində quraşdırılmış polis postlarında sıxlıq yaranıb. Çünki Bakı, Sumqayıt və Abşeron sakinləri həmin postlarda saxlanılaraq geri qaytarılır. Vətəndaşlara müraciət edirik ki, rayonlara getməyə cəhd etməsinlər, çünki geri qaytarılacaqlar".