backend

Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI

İcra başçıları təcili PA-a çağrılıb.
Obyektiv.info-nun əldə etdiyi məlumatlarda, Prezident Adminstrasiyasına çağrılan icra başçılarının istefa ərizələrinin alındığı idda olur.
Bildirilir ki, yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktubları daxil olduğuna görə, təcili toplantı çağırılıb. Vəzifəsindən sui-istifadə edərək ciddi koorrupsiya hallarına yol verən icra başçıları, sərt şəkildə töhmət alaraq işdən azad ediliblər.
İlkin məlumata görə, vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:
– Beyləqan rayon icra başçısı – Asəf Ağayev
– Lerik rayon icra başçısı – Rövşən Bağırov
– Astara rayon icra başçısı – Qəzənfər Ağayev
– Tovuz rayon icra başçısı – Məmməd Məmmədov
– Samux rayon icra başçısı – Alı Qocayev
– Qəbələ rayon icra başçısı – Səbuhi Abdullayev
– Sabirabad rayon icra başçısı – Siraqəddin Cabbarov

Onu da qeyd edək ki, əldə olunan ən son məlumatlarda bu icra başçılarından bəzilərinin həbs olunacağı da iddia olunur.
Teref.az-a məlumat verən mənbənin dediyinə görə bu siyahının əvvəlində Xocavənd rayon icra başçısı Eyvaz Həsənov durur. Mənbə qeyd edir ki, PA-na gələn şikayətlər üzrə Xocavnd rayonunu "çempion" saymaq olar! //teref.az//