backend

Nazirlərin Qars görüşü başladı

Nazirlərin Qars görüşü başladı

















Elmar Məmmədyarov Türkiyədə səfərdədir

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin Qars şəhərində bu gün keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini geyd ediblər.

Elmar Məmmədyarov həmçinin Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.

Həmçinin, üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Görüşlərdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.