backend

Vilayət Eyvazov polkovniki vəzifəsindən azad etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Xəzər RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.