backend

Ermənistanda daha 32 nəfər COVID-19-dan öldü

Ermənistanda daha 2 132 nəfərdə koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 32 nəfər artaraq 1 668-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 430-a çatıb. İndiyədək 70 130 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 40 452 aktiv koronavirus xəstəsi var.