backend

Paşinyan: "İstefa verməyəcəm"

Nikol Paşiyan istefa verməyəcəyini bildirib.
“Report” xəbər verir ki, Ermənistanın baş naziri noyabrın 16-da keçirdiyi mətbuat konfransında gündəliyində olan məsələlərdən danışıb:
 “Mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur”.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda atəşkəsə dair üçtərəfli bəyanat imzalanıb.
Bundan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb.