backend

Ağsu xəstəxanasına yeni direktor təyin olunub

Bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. Xeberci.info-nun təsisçisi Rüstəm Zahidoğlunun verdiyi məlumata görə, əvvəllər Baş Həkimin müavini kimi fəaliyyət göstərmiş, tibbi personalın böyük rəğbətini qazanan, xəstələrə xüsusi diqqət və qayğı göstərən Hüseynov Əli Abbas oğlu Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru təyin olunub. Biz də Xeberci.info olaraq Əli həkimi bu yüksək vəzifəyə təyinatı münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.