backend

Təhsil Nazirliyindən yeni ƏMR

Təhsil naziri Emin Əmrullayev Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov şuranın üzvləri təyin edilib.

Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb