backend

Bakının bəzi rayonlarında su olmayacaq

Bakının bəzi rayonlarında su olmayacaq






















“Azərsu” abonentlərdən üzr istəyir.

Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 16 dekabr 2014-cü il tarixdə gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S.Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

qaynarxett.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.