backend

Karantin qaydalarını pozan təmir məntəqələri aşkarlandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb.
Qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.