backend

Abşeron rayon gigiyena və epidemiologiya mərkəzində rüşvətxorluq - YENİLƏNİB

Abşeron rayon gigiyena və epidemiologiya mərkəzində rüşvətxorluq - YENİLƏNİB














Baş həkim Məhərrəm Abdulov heç kimi saya salmır

qaynarxett.az - nun elektron poçt ünvanına Abşeron rayon gigiyena və epideomiologiya mərkəzində baş verən qanunsuzluqlar barədə məlumat daxil olub. Məlumatda göstərilir ki, Abşeron rayon gigiyena və epideomiologiya mərkəzinin baş həkimi Məhərrəm Abdulov Mərkəzi açıq bazara çevirib. Məlumatda iddia olunur ki, gigiyena və epidemiologiya mərkəzinin həkimləri hər ayın axırında rayon ərazisində olan kənd və qəsəbələrdə yerləşən qəsablardan və mağazalardan pul yığırlar. Onlar qəsablardan 20 azn, mağazalardan isə hər ay 10-15 azn arası pul alır. Məktubda deyilir:

“Hörmətli redaksiya bu məktubu sizə yazmaqda məqsədim biz vətəndaşların əli çatmayan orqanlara şikayətlərimizi çatdırmağınızdır. Xırdalanın H.Əliyev küçəsində yerləşən Abşeron rayon gigiyena və epideomiologiya mərkəzinin həkimləri öz peşə fəaliyyətlərini unudub pul yığmaqla məşqul olurlar. Bizim yaşadığımız ərazidə yerləşən ət dükanlarında və mağazalarda gigiyena qaydalarına riayət olunmur. Buna nəzarət etməli olan Abşeron rayon gigiyena və epideomiologiya mərkəzinin həkimləri burda baş verənlərə rüşvət qarşılığında göz yummaqla ölkənin qida təhlükəsizliyinə ciddi təhlükə yaradırlar. Keçən ayın axırları bir həkim qəssablardan və mağazalardan pul yığırdı. Qəssaba və mağaza sahibəsinə bu kimdi? deyə sual verdikdə: həkimdi hər ay gəlib pulunu alır, deyə cavab verdi. Nə qədər verirsiniz sualını isə o, belə cavablandırdı: Mən 20 manat, mağaza sahibəsi isə hər ay 10-15 manat veririk, dedi. Mənim bildiyim qədəriylə vətəndaşların sağlamlıq hüquqlarını pozmaq cinayət hesab olunur. Cinayətə göz yunmağın cinayət hesab olunub - olunmadığını və verdiyim məlumatı dərc edib ictimailəşdirməklə bu məsələni aidiyyatı orqanlara çatdırılmasına köməklik göstərmənizi xahiş edirəm”.

Məktubda yazılanlarla bağlı Abşeron rayon gigiyena və epideomiologiya mərkəzinin baş həkimi Məhərrəm Abdulovla telefon əlaqəsi yaratmağa çalışsaq da bu mümkün olmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.