backend

Bu gün Ermənistanda daha bir etiraz aksiyası keçiriləcək

Ermənistan müxalifəti bu gün ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası təşkil edəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu üzrə Hərəkat”ın yaydığı bəyanatda deyilir.
"Əziz həmvətənlər, Ermənistan Respublikasının vətəndaşları bu gün (dünən-red) ölkənin bütün ərazisi üzrə vətəndaş itaətsizliyi aksiyaları keçirdik. Sabah (bu gün-red) eyni ruhda davam edirik. Eyni qətiyyətlə. Saat 16:00-da Ermənistan Milli Məclisinin binası qarşısında görüşürük və xalqın iradəsini hakim rejimə qarşı tətbiq edirik. Vətənimizi birlikdə xilas edəcəyik!", - deyə müxalifətin yaydığı bəyanatda qeyd edilib.