backend

Bakıda 8-ci sinif şagirdi özünü niyə asıb? - YENİLƏNİB

Bakıda 8-ci sinif şagirdi özünü niyə asıb? - YENİLƏNİB






















“O, anasının onun üçün qoyduğu yeməyi yeməyib”

Ötən gün Bakıda intihar edən orta məktəb şagirdi, 2000-ci il təvəllüdlü Nicat Əlibala oğlu Rzayev dərslərində davamiyyətli olub.

qaynarxett.az xəbər verir ki, bu barədə ANS PRESS-ə onun təhsil aldığı 231 saylı orta məktəbin direktoru Mehbarə Məmmədova bildirib. Direktorun sözlərinə görə, Nicat Rzayev həmişə dərslərdə iştirak edib.

Mehbarə Məmmədova deyir ki, hadisə baş verən gün Nicat Rzayev evlərində kiçik qardaşı ilə mübahisə edib.

“Nicat Rzayev idman dərsinə idman forması gətirməyibmiş. Onunla birlikdə 5 şagird də dərsə formasız gəliblər. İdman müəllimi Cəfər İmanov uşaqları danlayıb. Müəllim Nicat Rzayevin kiçik qardaşını çağırtdırıb. O, uşağa tapşırıb ki, atalarına Nicat Rzayevin dərsə idman formasız gəldiyi barədə xəbər versin”, - deyə, Mehbarə Məmmədova bildirib.

Direktor qeyd edib ki, bu hadisədən sonra Nicat Rzayev qardaşı ilə mübahisə edib və sonra özünü asıb.

Nicat Rzayevin sinif rəhbəri Xəqani Alməmmədov bildirib ki, şagirdi həmişə məsuliyyətli olub, dərslərini orta səviyyədə oxuyub. Həmin gün isə kiçik qardaşı ilə mübahisə edib ki, atasına müəlliminin sözlərini çatdırmasın.

“Nicat Rzayev dərsdən evə gedib. Qardaşı ilə mübahisə edib. Anasının onun üçün qoyduğu yeməyi yeməyib. Evlərinin yanındakı yarımtikiliyə gedib və özünü orda asıb. Hadisə barədə sonradan Nicatın anası xəbər tutub”, - deyə, Xəqani Alməmmədov bildirib.

Sinif rəhbəri deyir ki, Nicat Rzayevin meyitini anası aşkarlayıb. Ana oğlunun meyitini tapanda təzə intihar edibmiş.

Məsələ ilə bağlı Nicat Rzayevin idman müəllimi Cəfər İmanovla əlaqə saxladıq. İdman müəlliminin verdiyi məlumata görə, Nicat Rzayev həmişə dərslərində iştirak edib. Sadəcə həmin gün dərsə formasız gəldiyi üçün ona irad tutub. Daha sonra kiçik qardaşına tapşırıb ki, valideynlərinə bu barədə məlumat versin. Müəllimin bildirdiyinə görə, şagirdi ilə başqa heç bir problem yaşanmayıb.

10:38

Bakıda məktəbli intihar edib.

qaynarxett.az xəbər verir ki, Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, N.Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.