backend

Üç “polis əməkdaşı" qadını fahişəlikdə ittiham etdi

Üç “polis əməkdaşı" qadını fahişəlikdə ittiham etdi























Ya polis bölməsi, ya da 80 manat

Bakıda üç saxta polis nəfəri qadına qarşı dələduzluğa yol verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, dekabrın 23-də Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib polisə aparacaqları ilə hədə-qorxu gələrək ondan 80 manat alıblar.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulub.