backend

Sərxoş “28 May” metrostansiyasına “bomba qoydu”

Sərxoş “28 May” metrostansiyasına “bomba qoydu”
























Araşdırmalar aparılır

Polisə yalan məlumat vermiş Mingəçevir şəhər sakini Taleh Səfərov tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs DİN-in 102 Zəng Mərkəzinə zəng edərək “metronun “28 May” stansiyasının yanına bomba qoymuşuq” deyib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib.

Araşdırmalar aparılır.