backend

Abıyevdən qaçırılan qız açıqlaması

Abıyevdən qaçırılan qız açıqlaması




















Masallıda qaçırılan qız Daşkəsənin icra başçısı Əhəd Abıyevin qohumu olmayıb. Bu barədə ANS-ə danışan Ə.Abıyevin qardaşı, Masallı icra başçısının müavini Nadir Abıyev bildirib ki, yayılan xəbərlər yanlışdır

Onun sözlərinə görə, qaçırılan yetkinlik yaşına çatmamış qız Masallı rayon İcra Hakimiyyəti işçisinin qohumudur. N.Abıyev bildirib ki, onun yaxından-uzaqdan onların ailəsilə heç bir bağlılığı yoxdur.

Qeyd edək ki, 16 yaşlı qızı qaçıran şəxs tutulub.

Bəhruz Rəhimov adlı şəxs Bakıya qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib. O, bildirib ki, qızı evlənmək məqsədilə qaçırıb. Qız hazırlığa gedərkən qaçırılıb. Faktla bağlı araşdırma aparılır.