backend

Nəcməddin Sadıkov Rusiyadadır? - Müdafiə Nazirliyindən RƏSMİ AÇIQLAMA

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
 
Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.
 
Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.
 
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.