backend

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında misli görünməmiş qanunsuzluq

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında misli görünməmiş qanunsuzluq
















Son zamanlar regionlarda səhiyyənin durumu heç də qənaətbəxş deyil

Ona görə də bölgələrdən paytaxtda gələn xəstələrin ardı-arası kəsilmir. Əksəriyyəti vaxtında gəlirlər, bəziləri isə paytaxt xəstəxanalarına üz tutmaqda gecikmiş hesab olunurlar. Qoyulan səhv diaqnozların nəticəsində xəstələr səhv müalicə alır və bir xəstəlik müalicə olunmadan digər bir xəstəliyə düçar olurlar. Belə vəziyyətdə isə bəzən pasiyentin həyatını xilas etmək çətin olur. Və xəstə həyat ilə vidalaşır.
Buna görə də bölgələrdə səhiyyənin durumu bərbaddır. Görünür, ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğıdan sui-istifadə edənlər var. Bu gün həmin regionlardan biri də Şamaxı rayonudur. Belə ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanası ilə bağlı kifayət qədər şikayətlər var. Dəfələrlə sözügedən tibb ocağı ilə bağlı icitmaiyyəti və müvafiq qurumları məlumatlandırsaq da, bu məsələ həllini tapmır ki, tapmır. Bu gün Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov Baş həkim tibb müəssisəsini öz prinsipləri əsasında idarə edir. Xəstəxanada çalışan hər kəs Elxan Məmmədov çəkinir. Baş həkimin göstərişi olmadan tibb müəssisəsinin ətrafında quş belə uça bilməz. Etibarlı mənbələrin verdiyi məlumata görə, sözügedən xəstəxanaya ayrılan dövlət vəsaiti baş həkim tərəfindən təmir adı altında silinərək mənimsənilib. Rayon Mərkəzi Xəstəxanasının əsaslı şəkildə təmirə ehtiyacı var. Baxmayaraq ki, baş həkim xəstəxanada hər cür şəraitin olduğunu deyir. Lakin peşəkar kadrlardan tutmuş, tibbi avadanlıqlara qədər çatışmazlıqlar var. Savadlı kadrlar kənarda qalıb, harada savadsız həkimlər, tibb bacıları varsa, hamısı sözügedən xəstəxanada cəmləşib. Belə ki, əldə etdiyimiz məlumata görə, Elxan Məmmədov tibb işçilərini işə götürərkən nəsə tələb edir. Tələb olunan vəsaiti vermədikdə isə həmin şəxs işə götürülmür. Çox təəssüf ki, bu gün cibi dolu amma başı boş həkimlərimiz çoxdur. Əksəriyyəti diplomu pul müqabilində əldə edib. Belə şəxslər nəyinsə müqabilində işlə təmin olunur. Bu hal Şamaxı Rayon Mərkəzi Xəstəxanasında artıq adi hala çevrilib. Odur ki, səhiyyənin durumu acınacaqlı vəziyyətdədir. Hər gün ana və uşaq ölümlərinin sayı artır. Artıq heç kəs öz həyatını ölkədəki həkimlərə etibar etmir. Bölgələrdəki insanlar payataxta, paytaxtdakılar isə ölkə xaricinə üz tuturlar. Lakin ölkə xaricində tibbi xidmətin dəyəri çox yüksəkdir. Buna isə hər kəsin maddi imkanı yol vermir.
Qeyd edək ki, kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman pereparatları da baş həkimin ətrafındakı şəxslər tərəfindən özəl apteklərdə satdırılır. Bundan başqa tibb məntəqələrində işləyən bir çox tibb işçilərinin və sanitarların sadəcə adları mövcuddur və onların əmək haqqlarını baş həkimlə məntəqə həkimləri arasında bölüşdürüldüyü bildirilir.
Sözügedən tibb müəssisəsində pasiyentlərə biganəlik izaholunmaz həddə çatıb. Şamaxı Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər.

P.S: Xatırladaq ki, Şamaxı rayon mərkəzi xəstəxanasının baş həkimi Elxan Məmmədov iki dəfə həbs həyatı yaşayıb. Yeni məlumatda isə onun narkomaniya alüdəçisi olunduğu iddia olunur. Bu barədə geniş araşdırmamızı növbəti saylarımızda təqdim edəcəyik.

Rövşən İnqilab