backend

Körpüdə yenə həyəcan

Körpüdə yenə həyəcan

Bu gecə saat 03 radələrində Bakının Sabunçu rayonunda gənc kişi özünü körpüdən atmaq istəyib

qaynarxett.az bildirir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1987-ci il təvəllüdlü Xəyal Alik oğlu Məsimov metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində asma körpüyə çıxıb. O, qışqıraraq özünü atacağını bildirib.

Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunublar.

Özünü körpüdən atan şəxsin həyatını xilas etmək mümkün olub.

İlkin ehtimala görə,X.Məsimov sosial problemlər səbəbindən özünü öldürmək istəyib. Lakin intihara cəhdin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırmalar aparılır.