backend

Rusiya pilotsuz təyyarələri Ermənistan səmasında

Rusiya pilotsuz təyyarələri Ermənistan səmasında






















Onlar eyni vaxtda bir neçə hədəfi izləyə bilərlər

Rusiyanın Ermənistandakı hərbi bazasında pilotsuz uçan aparatların (PUA) ekstremal şəraitdə uçuşları başlayıb, Rusiya Cənub Hərbi dairəsinin mətbuat xidmətindən bildiriblər.

“Rusiyanın Cənub hərbi dairəsinin Ermənistandakı hərbi bazasında “Leyer”, “Qranat”, və “Navodçik-2” kompleksinin “Zastava” PUA-nın uçuşları başlayıb.

Qış şəraitində PUA-ların uçuşları 1600-2200 metr yüksəklikdə, -5 dərəcədən -30 dərəcəyədək temperatur şəraitində keçiriləcək”, - məlumatda deyilir, qaynarxett.az RİA “Novosti”yə istinadən xəbər verir.

Pilotsuz uçan aparatlar gecə və gündüz vaxtlarında, 3500 metr və daha yüksək hündürlüklərdə uçuşlar həyata keçirir və eyni vaxtda bir neçə hədəfi izləyə bilərlər. PUA-lar kəşfiyyat, artilleriya və mühəndis bölmələri ilə taktiki təlimlərdə xüsusi tapşırıqlar yerinə yetirəcəklər.