backend

Parlamentin gənc deputatı seçicilərin problemini onlayn dinlədi

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonu Lökbatan qəsəbəsinin bir qrup sakinləri ilə onlayn görüş keçirib. Görüşdə iştirak edən vətəndaşlardan 11 nəfəri gündəlik məişət şəraiti, o cümlədən, məhəllədaxili yolların asfaltlanmasının, yeni salınmış yaşayış massivlərinə marşrut xətlərinin uzadılmasının, təcili tibbi yardım xidmətinin çevikliyini artırmaq məqsədilə yeni ambulansların sayının artırılmasının, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının və digər məsələlərin vacibliyini qeyd etmişlər. Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Parlamentin gənc deputatı seçicilərin problemini onlayn dinlədi