backend

6 partiya YAP-a qoşuldu

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.
Bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

Qeyd edək ki, qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edirlər.