backend

Zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ

Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılan Gülər Mirzəyeva ailəsinə təhvil verilib.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan, Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib:
“Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi.