backend

NDİ-nin Ermənistan ofisi fəaliyyətini dayandırır

NDİ-nin Ermənistan ofisi fəaliyyətini dayandırır






















“Heç bir siyasi səbəb görmürəm”

ABŞ hökumətinin maliyyələşdirdiyi Milli Demokratiya İnstitutunun (National Democratic Institute - NDI) Ermənistan ofisi cari ilin yaz ayından etibarən qeyri-müəyyən vaxta qədər fəaliyyətini donduracaq.

qaynarxett.az-nun Azadlıq radiosunun Ermənistan xidmətinə istinadən verdiyi məlumata əsasən, NDİ-nin əsas məqsədi Ermənistanda demokratiyanın inkişafına dəstək vermək olub.

Təşkilatın nümayəndəsi Qeqam Sarkisyan deyib ki, problem Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması ilə deyil, maliyyə ilə bağlıdır.

“Heç bir siyasi səbəb görmürəm. Mən ABŞ hökuməti adından danışa bilmərəm. Bu sualları siz ABŞ səfirliyinə ünvanlaya bilərsiniz. Lakin mən hesab edirəm ki, bu, gözlənilməz olmayıb,” deyə o bildirib.

Qeyd edək ki, NDİ-nin Ermənistan ofisi artıq 20 ildir ki, fəaliyyət göstərir.