backend

Türkiyədə reklam qaydaları dəyişir

Türkiyədə reklam qaydaları dəyişir






















Bəzi sözlərdən istifadə qadağan olunacaq

Türkiyənin Gömrük və Ticarət Nazirliyi reklam yerləşdirilməsi qaydalarının sərtləşdirilməsinə dair qanun layihəsi hazırlayır.

qaynarxett.az xəbər verir ki, “Milliyyet” qəzətinin məlumatına görə, qanun layihəsinə əsasən reklam çarxlarında “70% endirim”, “ilk dəfə”, “sadəcə indi”, “tələsin” kimi müştərini şirnikləşdirən, məhsulu almağa sövq edən sözlərdən istifadə olunmayacaq.

Nazirliyin məlumatında qeyd olunur ki, Türkiyə ərazisində astrologiyaya aid kitab və broşurların, ekstrasenslərin reklamını qadağan etmək planlaşdırılır.

Qanun layihəsinə əsasən, ölkə ərazisində reklam çarxlarında dərman preparatlarının reklamı qadağan olunacaq. Həmçinin, dini atributların reklam çarxlarında nümayiş etdirilməsini qadağan etmək planlaşdırılır.

Xatırladaq ki, yeni qanun layihəsi yaxın günlərdə Türkiyə parlamentinin müzakirəsinə təqdim olunacaq.