backend

İmişlidə sahibkarın işığı xəbərdarlıq edilmədən kəsildi - 17 min manatlıq dondurulmuş toyuq məhsulları məhv oldu - VİDEO

Azərişığın əməkdşları İmişlidə sahibkarın işığını xəbərdarlıq etmədən kəsməsi nəticəsində 17 min manatlıq toyuq məhsulları məhv oldu.

Bu barədə rayon sakini Soltanov Fərid məlumat verib.

"3 ildən artıqdır ki, toyuq məhsulları ticarəti ilə məşğulam. Bu işə girərkən də 35 min manat məbləğində kredit götürmüşdüm. Soyuducu anbarı 3 faza ilə işlədiyindən özüm, qardaşım və qonşunun sayğacından istifadə edirdim. Bunun müqabilində Azərişığın İmişli idarəsinin mühəndisi Əhmədov Sabit məndən hər beş aydan bir 300 manat haqq alırdı. Bu ayın haqqını bir gün geçikdirdiyimə görə Sabit xəbərdarlıq etmədən anbarın işığını ayırıb və nəticədə 17 min 200 manatlıq toyuq məhsulları məhv olub."



Qaynarxett.az