backend

"Ermənistanın istənilən variantına Azərbaycanın yumruğu hazır vəziyyətdədir"

"Ermənistan hələ uzun müddət müharibənin şokunu yaşamalı olacaq. Müharibənin bitməsindən 5 ay keçməsinə baxmayaraq Ermənistanın məğlubiyyətinin səbəbləri ilə bağlı konkret rəyi yoxdur və məğlubiyyətin şokundan ayıla bilməyiblər".

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, müharibə nəticəsində bu gün tamamilə yeni situasiya yaranıb.

"Cənab prezidentin dediyi kimi artıq status-kvo aradan qalxıb və yeni bir status-kvo yaranıb. Bu da işğaldan azad olan ərazilərdə kompakt şəkildə yaşayan ermənilərin Azərbaycan dövlətinə reinteqrasiya prosesidir. Bununla bağlı ölkə başçısı da öz mövqeyini sərgiləyib. Ona görə də istər ATƏT MQ həmsədrlərinin, istərsə də Ermənistan, istərsə də digər xarici qüvvələr yaranmış yeni vəziyyəti anlamalı və buna uyğun mövqe sərgiləməlidirlər", - sabiq nazir qeyd edib.

Ermənistanda hökm sürən ictimai-siyasi proseslərlə bağlı mövqeyini açıqlayan sabiq nazir deyib ki, ölkə hələ də müharibənin ağrı məğlubiyyətinin şokunu yaşamaqdadır və özlərinə gələ bilmirlər: "Ermənistan nə etdiyini və edəcəyini hələ də bilmir. Gələcəklə bağlı aydın və konseptual baxışları yoxdur. Ölkənin gələcək strategiyasının necə qurulmasının, kiminlə dostluq etmələrini - Rusiya, yoxsa Qərblə bilmirlər. Odur ki, şok vəziyyətindədirlər. Ona görə də bir çox hallarda revanşist fikirlər səsləndirirlər. Ancaq cənab Prezidentin də söylədiyi kimi Azərbaycan Ermənistanın seçəcəyi bütün variantlara hazırdır. Lazım gəlsə, yenidən yumruq işə düşə bilər və bu onların başı üstündə hazır vəziyyətdədir".